ABŞ İraqdakı qoşunların Əfqanıstana göndəriləcəyini təsdiq edib

22:10 - 6 Fevral 2018 - DÜNYA

ABŞ İŞİD üzərində qələbədən sonra İraqdakı qoşunların Əfqanıstana göndəriləcəyini təsdiq edib.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu "RİA Novosti"yə Pentaqonun nümayəndəsi Erik Pehon bildirib.

 

E.Pehon qoşunların Əfqanıstana göndəriləcəyinə dair suala cavab verərkən deyib: "Bəli, bu belədir, amma mən dayişikliyin dəqiqliyi və sayı barədə danəşa bilmərəm".

 

Qeyd edək ki, daha əvvəl İŞİD ilə mübarizə üzrə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqda qoşunların sayının azaldılacağını bildirmişdi.

Xəbər xətti