Braziliya prezidenti sənədlərlə əlaqədar pensiyadan məhrum olub

21:10 - 2 Fevral 2018 - İDMAN

Braziliya Prezidenti Mişel Temer müvafiq dövlət orqanlarına sağ olması ilə bağlı sənədli sübut təqdim edə bilmədiyinə görə pensiya almaqdan məhrum olub.

Bu barədə "Ucnoqta.az"Report"a  istinadən xəbər verir.

M.Temer pensiyaya 1999-cu ildə San Pauluda çıxıb, buna qədər o, ştat prokuroru vəzifəsində çalışıb.

Braziliya Prezidentinin Administrasiyasından bildiriblər ki, dövlət başçısı iş qrafikinin ağır olması ilə əlaqədar proseduru keçə bilməyib. 
Hazırda isə lazım olan bütün sənədlərin müvafiq orqanlara göndərildiyi açıqlanıb.

Xəbər xətti