Ana səhifə
21 May 2018

Şəhriyar Məmmədyarov dünya reytinqində ikinci pilləyə yüksəlib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
 
"Ucnoqta.az" Apasport.az-a istinadən bildirir ki, fevral ayı üçün müəyyənləşən kişi şahmatçıların reytinq cədvəli Azərbaycan üçün uğurlu alınıb.
 
Belə ki, yığmamızın lideri Şəhriyar Məmmədyarov siyahının ikinci pilləsində qərarlaşıb. Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xalı olan “Şah” yalnız Maqnus Karlsendən (2843) geri qalır. İlk üçlüyü 2800 xalla rusiyalı Vladimir Kramnik tamamlayıb.
 
 Millimizin digər üzvləri, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40, Arkadi Naydiç isə 2705 xalla 41-ci pillədə qərarlaşıb.

Tarix
1 Fevral 2018 [18:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin