Ana səhifə
16 Oktyabr 2018

"Zeytun budğı"nın 13-cü günü - 27 yaşayış məntəqəsi azad edilib

Afrində əməliyyatlar nəticəsində 27 yaşayış məntəqəsi terrorçulardan azad edilib.


"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu rəqəmi Türkiyə hərbi mənbələri yayıblar.
 

Məlumata görə, hazırda əməliyyatlar Suriya ərazisində 7 istiqamətdə aparılır.
 

Qeyd edək ki, ötən gün Suriyada aparılan "Zeytun budağı" əməliyyatı zamanı 12 gün ərzində PYD və YPG-nin 712 terrorçusunun zərərsizləşdirilməsi barədə bildirilib.
 

Bundan başqa, ötən gün Bak Ubasi kəndinin terrorçulardan azad edilməsi barədə məlumat verilmişdi.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Tarix
1 Fevral 2018 [09:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin