Rusiyada yaşayış binasında yanğın- ata övladları ilə birlikdə pəncərədən atıldı- Video

11:55 - 29 Yanvar 2018 - HADİSƏ

Yanğın zamanı 2 nəfər ölüb

Rusiyanın Krasnoyarsk vilayətində bir binada baş vermiş yanğın zamanı bir kişi əvvəlcə uşaqlarını sonra da özünü pəncərdən atıb. Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, Krasnoyarsk vilayətində mənzillərin birində qaz borusu partlayışından sonra güclü yanğın əmələ gəlib. Mənzildə olan ata isə övladlarını və özünü xilas etmək üçün pəncərdən atılmaq qərarına gəlir. Yanğın zamanı 2 nəfər ölüb, kişi və uşaqları isə ağır xəsarət alıblar.

Hadisə yerinə çoxlu təcili tibbi yardım və xilasetmə avtomobilləri cəlb edilib.

Xəbər xətti