Ana səhifə
22 İyul 2018

Tanınmış müğənni kamera qarşısına keçdi- Fotolar

Tanınmış müğənni Nura Suri yeni fotosessiya etdirib.

Bu layihədən ötrü saç rəngini dəyişən ifaçı fotosessiya barədə fikirlərini belə dilə gətirib:
"Biz bu fotosessiyanı kiminsə xoşuna gəlmək üçün yox, dəyişiklik olsun deyə etdik. Məni tanıyanlar bilir ki, 10 ildən çoxdur özüməməxsus imicim, saç düzümüm, geyim tərzim var. Həmişə insanlar niyə dəyişiklik etmədiyim barədə sual verirdilər. Mənim isə onlara cavabım eyni olurdu: Əgər mən özümə yaraşanı tapmışamsa, bununla daha rahatamsa, niyə komfortumdan əl çəkim?
Elnur Həsənova və fotoqraf Əlibəy Qasımovla belə qərara gəldik ki, layihə üçün dəyişiklik edək. Bu, həm də başqa bir tədbir üçün idi. Məni görənlər tanımadı. Bu da bizim istədiyimiz nəticə idi".

Müğənni bildirib ki, bəzi insanlar onun görüntüsündən razı olmayıb:

"Bəzi izləyicilərim saçın yaraşdığını bildirsə də, digər yarı bəyənmədi. Amma dediyim kimi, layihə üçün qısa müddətli dəyişiklik idi".

Tarix
26 Yanvar 2018 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin