Ana səhifə
19 Avqust 2018

"CinemaPlus"da "Labirintdə qaçan" filminin premyera öncəsi nümayişi keçirilib

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında fantastika, triller, savaş janrında olan "Labirintdə qaçan: Ölüm əleyhinə dərman" filminin premyera öncəsi nümayişi keçirilib. 

Film, bir çox tamaşaçılar tərəfindən sevilən “Labirintdə qaçan” məşhur trilogiyanın final hissədir. Baş qəhrəmanlar yenə bir çox təhlükəli sınaqlardan keçmək məcburiyyətindədirlər.     
Filmin rejissoru Ues Bolldur. Baş rollarda Walton Goggins, Kaya Scodelario, Dylan O'Brien ifa edirlər.
Qısaca film haqqında: Tomas sonuncu və təhlükəli missiyanı yerinə yetirmək üçün qleyderlər ordusuna başçılıq edir. Dostlarının xilası üçün onlar əfsanəvi Sonuncu şəhərə, POROK tərəfindən idarə olunan ölümcül labirintə daxil olmalıdır. Orada sağ qalan hər kəs labirintə düşən andan qleyderlərə əziyyət verən bütün suallara cavab tapacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tarix
25 Yanvar 2018 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin