Puldaşıyan avtomobil qəzaya uğradı- dollarlar yola dağıldı- Video

13:01 - 25 Yanvar 2018 - HADİSƏ

ABŞ-ın İllinoys ştatında puldaşıyan avtomobili qəzaya uğrayıb.

Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun avtomatlarından yığılan pulu daşıyan avtomobil yolda qəzaya uğrayıb. Yolla çoxlu 5, 10 və 20 dollarlıq əskinaslar dağılıb. Polislər bu səbəbdən magistral yolu bağlamaq məcburiyyətində qalıblar. Şahidlərin sözlərinə görə, qəzanın səbəbkarı elə puldaşıyan avtomobilin sürücüsü olub. O sürəti artırıb və idarəetməni itirərək digər avtomobillə toquşub.

​Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər xətti