Allahşükür Paşazadə Turkiyəyə gedir

11:55 - 25 Yanvar 2018 - SİYASƏT

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Seyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyə Cümhuriyyətinə səfər edəcək.
 

"Ucnoqta.az" QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
 

QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.
 

Turkiyə hökumətinin himayəsi altında keçiriləcək Konfransda Turkiyə, İran, İraq, Fələstin, Hindistan, Malaziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.

Xəbər xətti