Baş nazir qaydalara dəyişiklik etdi

09:22 - 24 Yanvar 2018 - SİYASƏT

Baş nazir Artur Rasizadə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər ediib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qaydalarda aşağıdakı dəyişikliklər olunub.
 

1. 1.4-cü bəndə “hərbi vəzifəlilər” sözlərindən sonra “(bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin. 
 

2. Aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin: 
 

“1.7. Azərbaycan Respublikası- nın Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən aparılır.”.

Xəbər xətti