Bu gün Davos forumu başlayır

09:30 - 23 Yanvar 2018 - SİYASƏT

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.
 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.
 
Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub. 
 

Davos Forumu yanvarın 26-na kimi davam edəcək.

Xəbər xətti