Ötən il Azərbaycanda ölənlərin yarıdan çoxu infarkt keçirib

14:27 - 22 Yanvar 2018 - Xəbər

“2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub”.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib.  
 
O qeyd edib ki, vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb: “Bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır”.
 

Xəbər xətti