Bakıda keçiddən keçməyən piyadanın vurulma anı – Video

16:29 - 19 Yanvar 2018 - HADİSƏ

Zərbənin gücündən avtomobilin dam hissəsi əzilib

Paytaxtın Ziya Bünyadov prospektində yolu keçmək istəyən piyadanın avtomobil tərəfindən vurulması anbaan kameraya düşüb. Video sosial şəbəkələrdə yayılıb. Ucnoqta.az Avtosfer.az-a istinadən xəbər verir ki, yolu keçmək istəyən piyada ona iki avtomobil tərəfindən yol verildiyini görərək qaçıb yolu keçmək istəyərkən üçüncü zolaqda hərəkət edən "Tofaş" markalı avtomobil tərəfindən vurulub.

Videodan aydın şəkildə görünür ki, piyada yolu keçiddən keçmədiyinə və yolda məsuliyyətsizlik etdiyinə görə bu hadisə baş verib. Zərbənin gücündən avtomobilin dam hissəsi əzilib. 

Dəhşət saçan bu görüntüləri sizə təqdim edirik.

Xəbər xətti