Parisdə həbsxanada qiyam - 123 məhbus kameralara qayıtmaq istəmir

17:16 - 18 Yanvar 2018 - DÜNYA

Paris yaxınlığındakı Flöri-Meroji həbsxanasında 123 məhbus kameralara qayıtmaqdan imtina edib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və polis cəlb edilib.
 

Eyni zamanda, həbsxana rəhbərliyi hadisənin zorakılıqla müşayiət olunmadığını bildirir.
 

Qeyd edək ki, ötən həftənin sonlarından etibarən Fransada həbsxana nəzarətçiləri təhlükəsizlik tədbirlərinin kifayət qədər olmamasından şikayət edərək aksiyalar keçirirlər. Bir neçə gün əvvəl həbsxanaların birində 50-yə yaxın nəzarətçi işə çıxmaqdan imtina etmişdi.

 

Ötən gün isə Fransanın paytaxtı Paris yaxınlığında 4 əcnəbi vətəndaş həbsxanadan qaçıb.
 

Trend-in məlumatına görə, məhbuslar pəncərədə dəmir barmaqlıqları mişarlayaraq döşəküzlərindən hazırlanmış ip vasitəsilə qaçıblar.
 

Qaçan məhbusların milli mənsubiyyəti açıqlanmır.

Xəbər xətti