Ana səhifə
25 May 2018

Suriya hökuməti: Türkiyə hərbi təyyarələri ölkə ərazisinə daxil olsa, vurulacaq

Suriya hökuməti Türkiyənin ölkənin şimalındakı Afrin bölgəsində hərbi əməliyyata hazırlaşmasına münasibət bildirib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad dövlət televiziyasına müsahibəsində Türkiyənin Afrinə yönəlmiş hər hansı hərbi əməliyyatının ölkəyə hücum kimi qiymətləndiriləcəyini bildirib. "Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə, Suriya hava hücumundan müdafi sistemi türk təyyarələrini yox etməyə hazırdır", - deyə o söyləyib.
 
Xatırladaq ki, Türkiyə terror təşkilatı saydığı PYD-YPG-nin Afrindəki qüvvələrini zərərsizləşdirmək üçün hərbi əməliyyata hazırlaşır. Bu məsələni Rusiya ilə müzakirə etmək üçün Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan Moskvaya gediblər.

Tarix
18 Yanvar 2018 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin