Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşü başlayıb

16:09 - 18 Yanvar 2018 - SİYASƏT

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir. 

XİN başçılarının danışıqlarından əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü dekabrın 7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Avstriyanın paytaxtı Vyanada keçirilən iclası çərçivəsində baş tutmuşdu. 

Xəbər xətti