Ana səhifə
15 Noyabr 2018

"Erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəşlə yaralanması yalandır" — RƏSMİ

Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar yalandır.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 

Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir: “Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.
 

Qeyd edək ki, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu 1987-ci il təvəllüdlü Adibek Mikoyan güllə yarası alıb.
 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan A. Mikoyanın Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralandığını bildirib.

Tarix
18 Yanvar 2018 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin