Ronaldonun braziliyalı gözəllə Whatsapp yazışmaları ortaya çıxıb- Fotolar

12:59 - 18 Yanvar 2018 - Xəbər

Modeldən yox cavabı alan Ronaldo buna çox hirslənib

Braziliyalı pop ulduz Erika Kanella ilə "Real Madrid"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo arasındakı Whatsapp yazışmaları ortaya çıxıb. Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ronaldonun braziliyalı gözəllə görüşmək istədiyi məlum olub. Modeldən yox cavabı alan Ronaldo buna çox hirslənib. Ronaldo Kanelaya "evimə gəlmək istəyirsən? Səni görmək istəyirəm, sənə yaxın otururam" mesajını göndərib. Təyyarəyə gecikəcəyini söyləyən Erika "təyyarəni buraxdıqdan sonra onunla görüşdüm, amma mənimlə kobud davrandı. Mən də ona yarım saatlıq qadın olmadığımı dedim. Ronaldo ilə görüşmək istərdim, amma məni bir cisim kimi gördü"- cavabını verib.


Xəbər xətti