Azərbaycan prezidenti Davos forumunda çıxış edəcək

10:24 - 18 Yanvar 2018 - SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq.
 
"Ucnoqta.az" APA-ya istinadən verdiyi məlumata görə, ölkə başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.
 
Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək. 

Xəbər xətti