Türkiyə parlamentinin sədri İranda Dağlıq Qarabağ münaqişəsindən danışdı

17:54 - 16 Yanvar 2018 - SİYASƏT

Türkiyə parlamentinin sədri İsmayıl Kahraman İranın paytaxtı Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament Şurasının konfransında iştirak edib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, iclası İranın prezidenti Həsən Ruhani açıb. Sonradan kürsüyə çıxan İsmayıl Kahraman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xüsusi salamlarını çatdırıb: "Ərdoğan iclas iştirakçılarına uğurlar diləyir".
 

Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin əsas prinsip olduğunu qeyd edən Kahraman Krım tatarlarının problemlərinin həll edilməsində də müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı Parlament Şurasının daha çox dəstək olmasının vacibliyini vurğulayıb.

Xəbər xətti