Elmar Məmmədyarov Nalbandyanla görüşəcək

12:03 - 16 Yanvar 2018 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi.
 

"Ucnoqta.az" Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, yanvarın 18-də E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
 

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Xəbər xətti