Deputatlar Bolqarıstana getdilər

10:30 - 16 Yanvar 2018 - SİYASƏT

Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.

 
"Ucnoqta.az" Milli Məclisdən Modern.az-a verilən məlumata istinadən bildirir ki, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə ediblər.

 
Deputatlarımız Bolqarıstan Parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Xəbər xətti