İran prezidentinin Bakıya səfərinin tarixi məlum olub

16:09 - 15 Yanvar 2018 - SİYASƏT

İran prezidenti Həsən Ruhani bu ilin mart ayında Azərbaycana səfər edəcək.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, səfər Novruz bayramından bir həftə sonra, martın 29-da gözlənilir.
 
Qeyd edək ki, İran prezidentinin səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrinə aid məsələlər müzakirə olunacaq. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq. 

Xəbər xətti