Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

10:41 - 15 Yanvar 2018 - SİYASƏT

 Bolqarıstanın Baş naziri Boyko Borisov bu gün Azərbaycana işgüzar səfərə gələcək.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, Bakıya səfər zamanı B.Borisovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.

Görüşdə ikitərəfli əlaqələrin, o cümlədən energetika sektorunda əməkdaşılığın inkişafı məsələləri müzakirə olunacaq.

Yanvarın 16-da Bolqarıstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rasizadə ilə birlikdə Bakı-Sofiya aviareysinin rəsmi açılış mərasimində iştirak edəcək.

B.Borisovun Bakıya səfəri həmin gün başa çatacaq və o, Strasburqa yola düşəcək.

Xəbər xətti