Dünyanın ən yaxşı filminin adı açıqlandı

22:32 - 12 Yanvar 2018 - DÜNYA

2017-ci ilin ən yaxşı filminin adı açıqlanıb.

"Ucnoqta.az"  "Ölkə.Az"a istinadən xəbər verir ki, amerikalı kino tənqidçiləri reytinq cədvəlini tərtib ediblər.

Qeyd edilir ki, "Suyun forması" filmi 2017-ci ilin "ən yaxşı filmi" nominasiyasında "Critics' Choice Awards" mükafatına layiq görülüb. Filmin rejissoru Gilermo del Torodur. Film həm də "ən yaxşı quruluşçu rəssam işi" və "film üçün ən yaxşı musiqi" nominasiyalarında da qalib gəlib.

"Critics' Choice Awards" tərəfindən rejissor Gilermo del Toro ən yaxşı rejissor adına layiq görülüb.

Xəbər xətti