Bolqarıstanın baş naziri Azərbaycana səfərə gələcək

22:00 - 12 Yanvar 2018 - SİYASƏT

Bolqarıstanın baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycana səfərə gələcək.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, hökumət başçısı Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycanla Bolqarıstan arasında əlaqələrin, o cümlədən enerji sektorunda əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.
B.Borisovun Bakıya səfəri yanvarın 16-da başa çatacaq və o, Strasburqa gedəcək.

Xəbər xətti