Ana səhifə
24 İyun 2018

FHN dəm qazı təhlükəsi ilə əlaqədar müraciət edib - Video

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
 
"Ucnoqta.az" FHN-dən APA-ya verilən məlumata istinadən bildirir ki, müraciətdə bildirilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.
 
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:
 
    qaz cihazı saz və standartlara uyğun olmalı;
    cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
    havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
    hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
    tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
 
Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
 
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.
 
Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

 

Tarix
11 Yanvar 2018 [16:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin