“Neftçi” “Slaviya” ilə qarşılaşacaq

01:20 - 10 Yanvar 2018 - İDMAN

“Neftçi”nin Türkiyənin Antalya şəhərində həyata keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağıq daha bir rəqibin adına aydınlıq gəlib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt klubu Sofiya “Slaviya”sı ilə qarşılaşacaq. Bu barədə Bolqarıstan klubunun rəsmi saytı məlumat yayıb. Yoxlama görüşü yanvarın 25-də keçiriləcək.
 

Qeyd edək ki, “Neftçi” təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "SKA-Xabarovsk", "Krılya Sovetov”, Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets” klubları ilə də qarşılaşacaq.

Xəbər xətti