Sabah bəzi bölgələrdə qar yağacaq

12:50 - 5 Yanvar 2018 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.
 

Azərbaycanın rayonlarında yanvarın 6-da bəzi yerlərdə çiskinli yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturunun gecə 2-7, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti