Uşaqların bu geyiminə görə kanal cərimələndi: 1 milyon - VİDEO

12:03 - 4 Yanvar 2018 - Xəbər

​Verilən qərar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb

Türkiyənin Radio və Televiziya şurası (RTÜK) Tv8 kanalında yayımlanan “Yetenek sizsiniz” proqramının azyaşlıların əxlaqi keyfiyyətlərinə zərər verdiyini iddia edib. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, RTÜK proqrama qatılan uşaqlar arasında 7-11 yaşlı körpələrin mini ətək və qısa şort geyinməsini tənqid edib.
Kanal uşaq və gənclərin fiziki, əxlaqı inkişafına zərər verəcək təbliğat səbəbindən, 1 milyon türk lirəsi (təxminən 450 min AZN) məbləğində cərimələnib.
Verilən qərar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Şəbəkə istifadəçiləri kanal rəhbəri Acun Ilıcalını hədələyən şura nümayəndələrini ciddi tənqid ediblər. Onlar azyaşlıların mini ətək və şort geyinməsində pis nəsə olmadığını bildiriblər.

Xəbər xətti