Vladimir Putin İlham Əliyevi təbrik etdi

00:06 - 31 Dekabr 2017 - SİYASƏT

"Ucnoqta.az""Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə məlumat Putinin rəsmi internet səhifəsinə yerləşdirilib.

 

Putinin təbrik ismarıcında deyilir: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətində Putin qeyd edib ki, yola salınan 2017-ci ildə Rusiya və Azərbaycan diplomatik münasibətlərin yaranmasının 25 illiyini qeyd edib. Bu yubiley yeni uğurlar və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə müşayət olunub. Rusiya prezidenti Rusiya-Azərbaycan partnyor münasibətlərinin daha da inkişaf edəcəyinə və konstruktiv dialoqun inkişafına ümid etdiyini bildirib. Rusiya və Azərbaycan arasında münasibətlər iki dövlətin xalqları arasında köklü maraqlara cavab verir. Bundan başqa Azərbaycan və Rusiya arasında əməkdaşlıq Cənubi Qafqaz regionu və onun sərhədlərindən kənarda təhlükəsizlik və stabilliyə cavab verir".

Xəbər xətti