Putin sənədlərini Seçki Komissiyasına təqdim etdi

14:57 - 27 Dekabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) gəlib.


"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, rusiyalı lider 2018-ci il Rusiyada prezident seçkilərində namizədliyinin təsdiq edilməsi üçün sənədlərini təqdim edib.
 

MSK-dan V.Putinin sənədlərinin qəbul edildiyi bildirilib.
 

Ötən gün isə rusiyalı teleaparıcı Kseniya Sobçakın 2018-ci il prezident seçkilərinə namizədliyi təsdiq olnub.
 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

Xəbər xətti