İtaliyanın xarici işlər naziri Azərbaycana dəvət edilib

18:14 - 22 Dekabr 2017 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ancelino Alfano arasında telefon danışığı olub.

Ucnoqta.az XİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, telefon danışığında Azərbaycan və İtaliya arasında əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. İtaliyanın Azərbaycanın Avropa İttifaqı üzv ölkələri arasında əsas ticarət tərəfdaşı olduğu qeyd olunaraq, iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. İki ölkənin enerji sahəsində uğurlu əməkdaşlığı xüsusi olaraq vurğulanıb.

E.Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib və A.Alfano dəvəti məmnuniyyətlə qəbul edib.

Həmçinin, Elmar Məmmədyarov İtaliyanın 2018-ci ildə ATƏT-in Fəaliyyətdə olan sədri statusunu üzərinə götürməsi münasibətilə həmkarını təbrik edib və bu işdə İtaliya tərəfinə uğurlar arzu edib.

Xəbər xətti