Ana səhifə
19 Fevral 2018

Aİ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyini təkrarlayır - RƏSMİ

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır və biz onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünu dəstəkləyirik.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin sözçüsü təşkilatın ATƏT-dəki nümayəndəliyinin fərqli mövqeyi ilə bağlı Trend-in sorğusuna cavabında bildirib.
 

Aİ-nin sözçüsü qeyd edib ki, təşkilat Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi Prezident Donald Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə etdiyi səfər zamanı da ifadə edib.
 

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Aİ rəsmisinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün Aİ-nin hərtərəfli və fəal iştirakı şübhəsizdir: "Biz bu fəaliyyətimizi əsasən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz vasitəsilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün göstərdikləri səyləri dəstəkləməklə və öz əlavələrimizi etməklə yerinə yetiririk".
 

Təşkilatın sözçüsü qeyd edib ki, Aİ münaqişənin həlli yolunda etimad və sülhün bərqərar olmasına kömək edir və bu istiqamətdə Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yolu ilə Həlli Naminə Avropa Tərəfdaşlığı proqramını həyata keçirir.

Tarix
20 Dekabr 2017 [15:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ