Çavuşoğlu Azərbaycandan sonra ABŞ-a gedir

14:21 - 20 Dekabr 2017 - SİYASƏT

Türkiyənin xarici işlər nazir Mevlüt Çavuşoğlu BMT Təhlükəsizlik Şurasında keçiriləcək Qüds səsverməsində iştirak etmək üçün bu gün ABŞ-a gedir.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çavuşoğlunun təyyarəsində Fələstinin XİN başçısı Riyad əl-Maliki də olacaq. 
 

Qeyd edək ki, BMT TŞ ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarını geri götürməsini nəzərdə tutan qanun layihəsini sabah səsverməyə çıxaracaq. 

Xəbər xətti