Bakıda XİN rəhbərlərinin görüşü başladı

11:39 - 20 Dekabr 2017 - SİYASƏT

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.


Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, görüşdə 3 ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq və sonda birgə Bəyannamə qəbul olunacaq.
 

 Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.


Xəbər xətti