Türkiyənin xarici işlər naziri Bakıya gəlib

09:51 - 20 Dekabr 2017 - SİYASƏT

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
 

Ucnoqta.az APA-ya istinadən bildirir ki, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.
 
Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
 
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.


Xəbər xətti