Ana səhifə
21 Yanvar 2018

İlk dəfə Lənkəranda çay, çəltik və sitrus festivalı keçirildi - Fotolar

Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikada ilk dəfə çay, çəltik və sitrus festivalı keçirilib.
 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev xatirə parkında əsl ümumxalq bayram şənliyi kimi təntənəli şəkildə gerçəkləşən festivalda Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin rayonu təmsil edən deputatları, dəvət olunmuş qonaqlar, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivlərinin, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 
 

Festival Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsinin ziyarəti ilə başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rəsmi şəxslər və qonaqlar Ulu Öndərin abidəsi qarşısına gəlib önünə tər gül dəstələri qoymaqla dahi rəhbərə ehtiramlarını ifadə ediblər.  
 

 İcra başçısı Taleh Qaraşov festivalı açıq elan edərək qeyd edib ki, ötən əsrin 70-80-ci illərində respublika səviyyəsində keçirilmiş və Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək respublikaya örnək göstərilmiş ilk məhsul bayramlarına ev sahibliyi etmiş Lənkəranın Prezident İlham Əliyevin ardıcıl diqqəti ilə yenidən inkişaf edib əvvəlki şöhrətli dövrünə qayıtması hər bir lənkəranlı üçün qürurvericidir.
 

Sonra rəsmi şəxslər, qonaqlar və festivalın iştirakçılar yerli istehsala aid məhsullarla bəzədilmiş pavilyonları gəzib əldə olunmuş nailiyyətlərlə yaxından tanış olublar. “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Ərzaq təhlükəsizliyi keşiyində”, “Gözəlliyi damla-damla topladıq”, “ Keyfiyyət əsla bir təsadüf deyil”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi –ağız dadımız”, “ Şəkərbura, paxlava bəzək verər xonçaya”, “Çörək bol olsa, basılmaz Vətən”, “ Qonaq evin ruzi-bərəkətini artırar”, “Cənnət görmək istəyən Lənkərana gəlsin”, “Min bir dərdin dərmanı”, “ Bostandan süfrəyə naz nemət gələr” nominasiyalı örtülü pavilyonlarda yerli istehsal olan ərzaq, sənaye malları, kənd təsərrüfatı məhsulları, turizm əhəmiyyətli xalq sənətkarlığı nümunələri festival iştirakçılarında və qonaqlarda böyük maraq oyadıb.  “Çayımızın adı var” və “Süfrələrin bəzəyi Lənkəranın düyüsü” pavilyonlarında qonaqlara və festival iştirakçılarına yerli təbii Lənkəran çayından dəmlənmiş samovar çayından və şirniyyatlı süfrədən ibarət çay dəstgahı və təbii dadlı yerli düyülərdən bişirilmiş 50 növdən çox plov təqdim olunub. Təqdim olunan ətirli təbii çay, dadlı  ləvəngi və digər məmulatlı plovlar heyranlıqla qarşılanıb.
 

Festivalda 2017-ci ilidə rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuq sahələrində görülmüş işlərin yekunları barədə ayrı-ayrı sahələr üzrə rəhbər işçilərin hesabat xarakterli məlumatları dinlənilib, ictimai-siyasi həyatda və mədəni-quruculuq işlərində fəal iştirak edən, çalışdığı sahədə fərqlənən qabaqcıllara Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilib, bədii özfəaliyyət kollektivlərinin rəngarəng ədəbi-bədii kompozisiyaları ifa olunub, nümunəvi müsiqi nömrələri səsləndirilib, gənclərin iştirakı ilə əyləncəli proqramlar göstərilib.
 

Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşıb. 

Tarix
19 Dekabr 2017 [16:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ