Elnur Abdullayev “Sumqayıt”da

15:45 - 19 Dekabr 2017 - İDMAN

“Sumqayıt” dövrələrarası fasilədə ilk transferini həyata keçirib. 
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən klub son olaraq “Keşlə”də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
 

Qeyd edək ki, Elnur karyerası ərzində "Keşlə"dən (32 oyun, 2 qol) başqa, "Simurq" (13 oyun, 1 qol), "Xəzər Lənkəran" (114 oyun, 10 qol), "Muğan" (42 oyun, 2 qol), "Bakı" (69 oyun, 3 qol), "Olimpik" (12 oyun), "Neftçi" və "Turan"ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.

Xəbər xətti