Ana səhifə
16 Dekabr 2018

İlham Əliyev Həştərxan qubernatorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu deyən qubernator Aleksandr Jilkin bildirib ki, bu biznes mərkəzi vilayətdə logistik qovşağın yaradılmasına xidmət edəcək. Aleksandr Jilkin Həştərxanda görülən işlərə verdikləri dəstəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti, Fondun Prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.
Həştərxan vilayətinin qubernatoru Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə onun adını daşıyan və Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı məktəbdə olduğunu və məktəb şagirdlərinin Prezident İlham Əliyevə salam göndərdiklərini vurğulayıb.

Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq münasibətlərinin, xüsusən ticari, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi işində Həştərxan vilayətinin rolunu vurğulayan Prezident İlham Əliyev bununla bağlı qubernator Aleksandr Jilkinə təşəkkürünü bildirib.

Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olunub, Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışılıb.

Söhbət zamanı bu gün Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulanıb, turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə xatirə şəkli çəkdirilib.

Tarix
19 Dekabr 2017 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin