Türkiyə prezidenti Tereza Meyə zəng etdi

13:06 - 19 Dekabr 2017 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İngiltərənin baş naziri ilə telefonda danışıb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, tərəflər Qüds məsələsi ilə bağlı son hadisələri müzakirə ediblər.

İki lider başda müdafiə sənayesi olmaqla iki ölkə arasındakı əməkdaşlıq və münasibətlərin hər sahədə daha da inkişaf etdiyindən məmnun olduqlarını bildiriblər. Telefon danışığında ABŞ-ın Qüdslə bağlı qərarından sonra artan gərginliyin region üçün təhlükəli olduğu qeyd edilib.

Ərdoğan və Mey sülh prosesi üçün iki dövlətli həll yolunun İsrail hökuməti tərəfindən də qəbul edilməsinin vacibliyini vurğulayıb.

Xəbər xətti