Azərbaycan-İran-Türkiyə XİN rəhbərləri görüşəcək

11:26 - 19 Dekabr 2017 - SİYASƏT

20 dekabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan - İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Ucnoqta.az  Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, sabah Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Xəbər xətti