İsrailin müdafiə naziri: “Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”

11:08 - 19 Dekabr 2017 - SİYASƏT

“Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Avidqor Liberman “RTVI” televiziyasına müsahibəsində deyib. 

Müxalifətdə olan “Yeş Atid” Partiyasının sədri Yair Lapidin İsrailin qondarma “erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihəyə münasibət bildirən nazir vurğulayıb ki, mübahisəli, nəzəri və yalnız tarixə aid olan bu məsələni yenidən qaldırmağa ehtiyac yoxdur: "Bunun İsrailin hazırkı mövqeyinə konkret olaraq təsir göstərəcəyinə inanmıram. Tarix baxımından da bu məsələdə çoxlu mübahisəli məqamlar mövcuddur”.

A.Liberman İsrailin “erməni soyqırımı”nı tanınmamasını ölkəsinin Azərbaycanla sıx əməkdaşlıq etməsi ilə əlaqələndirib: "Azərbaycanla münasibət bizim üçün çox vacibdir. Məsələni yüz dəfə müzakirə etmək lazımdır”.

Xəbər xətti