Ana səhifə
26 Aprel 2018

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
 
Ucnoqta.az Modern.az-a istinadən bildirir ki, görüş zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub. 

Səfir Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib.
 
Və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
 
V.Doroxin həmçinin Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzulayıb.
Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir Vladimir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tarix
18 Dekabr 2017 [17:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ