Ana səhifə
23 Yanvar 2018

Macarıstan səfiri: "Azərbaycan çox etibarlı tərəfdaşdır"

 "NATO və Azərbaycan arasında rezident  koordinator olaraq biz Azərbaycanı NATO üçün çox etibarlı tərəfdaş hesab edirik".
 
Ucnoqta.az xəbər verir ki, bunu APA-ya Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkeni deyib. Onun sözlərinə görə, bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi hər iki tərəfin marağını ifadə edir: "Azərbaycanın NATO-ya yardımlarını, eləcə də iki tərəfin birgə fəaliyyətini qiymətləndiririk. Düşünürəm ki, gələcəkdə üzərində işləməli olacağımız çox məsələ var. Növbəti il yerli təşkilatlarla ictimai əlaqələri genişləndirməyi, bəzi görüşlər keçirilməsini planlayırıq. Əməkdaşlarımızla bu yeni layihələr üzrə müzakirələr aparırıq". 
 
Səfir qeyd edib ki, NATO və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yerli təşkilat və səlahiyyətlilərlə əlaqələri genişləndirməyə çalışırlar: " İstərdik ki, daha  çox görüş təşkil olunsun".

Tarix
18 Dekabr 2017 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ