Ana səhifə
22 Avqust 2018

Siyavuş Novruzov: "Bunlar hamısı təxribatdır"

 "Növbədənkənar prezident seçkisinin keçirilməsi müddətinin azaldılması haqqında yazılanlar təxribatdı"

“Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib". Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti konstitusiya ilə tənzimlənir: “Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidi. Mətbuat orqanları bunu yanlış yazır. Bəziləri də deyir ki, gələn ilin martında növbədənkənar seçkilər keçirilir. Bunlar hamısı təxribatdır. Konstitusiyanı oxumaq lazımdır. Buna düzgün yanaşılmalıdır. Heç kəsin Prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur”.

Tarix
15 Dekabr 2017 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin