Ana səhifə
23 May 2018

Ziyafət Əsgərov sərt DANIŞDI: “Eşitdiniz jurnalistlər, nə var onu yazın!”

“Mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil”.
 
Ucnoqta.az Modern.az-a istinadən bildirir ki, bunu Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
 
O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib.
“ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? Gedin, işinizlə məşğul olun, biz müharibə aprırıq!".
O, zaldakı jurnalistlərə üzünü tutaraq deyib: “Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!”
 
Z. Əsgərov bildirib ki, Azərbaycan ordusu dünyanın ən demokratik ordularındandır.
 
“Silahlı Qüvvələri haqqında” qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil.
 
Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”.

Tarix
15 Dekabr 2017 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin