Ana səhifə
15 Oktyabr 2018

Avropa Şurası 2018-ci il müzakirələrinə başladı

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları başlayıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir.
 

Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.
 

İclaslarda Avropa Şurasının Baş katibi və Baş Katibinin müavini tərəfindən məlumat xarakterli cıxışı, Daimi Komitənin Kopenhagendə olan iclası haqqında fikir mübadiləsi, 2018-ci il Qış sessiyası haqqında müzakirə, Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarın seçilməsi, 2018-ci il maliyyə ili üçün Parlament Assambleyasının xərcləri, 2018-ci ilin iş planı, Parlament Sədrlərinin Avropa Konfransı, Avropa Parlamenti və digər Avropa Birliyi qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq. 

Tarix
15 Dekabr 2017 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin