Ana səhifə
12 Dekabr 2018

“Yaxşı yemək bişirir, amma dövlət sirrini...”

“Müddətdən artıq hərbi xidmət keçənlər orduda çox əziyyətlə xidmətini başa vurur. Ümid edir ki, nə vaxtsa orduya qayıda bilər. Ancaq o görür ki qonşuda yaşayan şəxs artıq hərbi formadadır. O müddətdən artıq hərbi xidmət edir. Ancaq  3 il başa çatmamış həmin şəxs ordudan uzaqlaşdırılır”.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu təkliflə deputat Naqif Həmzəyev “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib. O  bildirib ki, bu məsələdə nəzarət mexanizmini gücləndirməliyik: “Dövlət Təhlükəsizlik Xidməti, yerli polis orqanları, icra  hakimiyyəti buna nəzarət etməlidir ki, həmin şəxslərin seçilməsində səhvə yol verməyək. 

Çox yaxşı haldır ki, orduda  bu gün xidmət edən digər vətəndaşlarınız var. Onlar yeməklərin  bişirilməsində  hərbçilərə qulluq göstərən mülki şəxslərdir.  Bunların da orduya qəbulunda nəzarət gücləndirilməlidir. Təsəvvür edin ki,çox yaxşı yemək bişirən xanımdır. Ancaq onun nə dərəcədə dövlət sirrinin qorunub qorumayacağını bilmirik. Nəticədə biz ziyan çəkirik. Qanunun 10- cu maddəsində bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.

Tarix
15 Dekabr 2017 [13:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin