Ana səhifə
14 Dekabr 2018

Nazir iki səfirlə görüşdü - Fotolar

Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Kroftsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələrdən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.
 

Nazir Əbülfəs Qarayev ölkələr arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin genişləndirilməsindən söz açıb. Bu məqsədlə qarşılıqlı təcrübənin öyrənilməsi, eləcə də turistlərin sayının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi təklifləri irəli sürülüb.

Bundan başqa, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 

Görüşdə Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.
 

Nazir Əbülfəs Qarayev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycana Yunanıstandan gələn turistlərinin sayının daha da artırılması üçün qarşılıqlı turizm təqdimatlarının keçirilməsi vacibdir. Bu müstəvidə fəaliyyət inkişafda olan turizm ölkəsi kimi Azərbaycanın daha çox tanıdılmasına xidmət edəcəkdir. Eyni zamanda, mədəni əlaqələrin inkişafından söhbət açan Nazir, Yunanıstan nümayəndə heyətini Bakı Prosesinin 10 illik mərasiminə dəvət edib.

Tarix
14 Dekabr 2017 [10:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin